“Facebook”da yarım ildə 3 milyarddan çox saxta hesab silinib

20:14 - 14 Noyabr 2019 - Xəbər

“Facebook” sosial şəbəkəsi və “Instagram” üzərində hüquqlara sahib olan ABŞ-ın “Facebook” korporasiyası 2019-cu ilin aprel-sentyabr aylarında təxminən 3,2 milyard saxta hesab silib.

Lent.az -ın “ictnews”a istinadən xəbərinə görə, “Facebook” rəsmisi deyib ki, son iki rübdə saxta hesabların yaradılmasının qarşısı daha səmərəli alınıb. Şirkətin nümayəndələri, həmçinin məlumat veriblər ki, aprel-sentyabr aylarında zəhlətökən reklamdan ibarət 4,1 milyarddan çox mesaj və zorakılıq hadisələrinə aid 54,5 milyon post silinib.

Hesabatda, həmçinin “Instagram”da silinmiş məzmun haqqında məlumatlar göstərilib.
Son illərdə “Facebook” rəhbərliyi istifadəçilərin fərdi məlumatlarının müdafiəsi üçün lazımi tədbirlər görməməkdə ittiham edilirdi.

Xəbər xətti