“Altın Kelebek”in siması dəyişdirildi: Bakıya o gələcək - Foto

“Altın Kelebek” mükafatının siması dəyişdirilib.

Oxu.Az xəbər verir ki, aktrisa Ebru Şahini həmkarı Demet Özdemir əvəzləyib.

Demet şəxsi “Instagram” hesabında sözügedən mükafatlanma ilə bağlı maraqlı paylaşımı ilə diqqət çəkib.

O, “Axşam sizə sürprizim var. İzləməyə davam edin” yazaraq sözügedən mükafatlanmanın simasının olduğunu təsdiq etmiş olub. Daha sonra isə mərasimin əsas sponsorunun iştirakı ilə reklam parçasını yayımlayıb.

Türk mediası da faktı təsdiqləyib.

Aktrisa Bakıda bu həftənin şənbə günü təşkil olunacaq mərasimdə iştirak edib, jurnalistlərin suallarını cavablandıracaq.

Özdemir Mustafa Sandalın “Atəş Et ve Unut” adlı klipinə çəkilib. Daha sonra Demet özünü aktrisa kimi “Tut Sözünü”, “Sen Kiminle Dans Ediyorsun”, “Sana Bir Sır Vereceğim”, “Kurt Seyit ve Şura”, “Çilek Kokusu”, “Otaq nömrəsi: 309”, “Erkenci Kuş”, “Evim” ekran əsərləri və seriallarında sınayıb.

Qeyd edək ki, bu il ulduzlarımız “Altın Kelebek” mükafatlandırma gecəsində yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaqlar.

Yerli namizədlər arasında Xalq artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova var.

Tarix
14 Noyabr 2019 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-14 12:35:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin