“Azəristiliktəchizat”: İstilik maya dəyərindən ucuz satılır

11:50 - 14 Noyabr 2019 - Xəbər

“Azərbaycanda əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. Bu da xidmətin sosial əhəmiyyəti ilə əlaqədardır".

Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

O, ölkədə istilik tariflərinin artırılması ehtimalına da münasibət bildirib: “İstiliyin maya dəyəri ilə bağlı mütəmadi hesablamalar aparılır, amma bu, tariflərin artırılacağı ilə başa düşülməməlidir”.

İ.Mirzəliyev təmsil etdiyi qurumun özəlləşdirilməsinə məsələsinə də aydınlıq gətirib: “Heç bir biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük"./report

Xəbər xətti