Qazaxa yeni DYP rəisi təyin olunub

10:58 - 14 Noyabr 2019 - Xəbər

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Məlumata görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, əvvəlki rəis, polis mayoru Həsənov Eldəniz Maksim oğlu bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub./report

 

Xəbər xətti