İranda dəhşətli qəza: 28 nəfər öldü

09:50 - 14 Noyabr 2019 - DÜNYA

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan-Xaş yolunda iki pikap avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, yerli vaxtla gecə saat 02:30 radələrində baş verən hadisə nəticəsində 28 nəfər həlak olub.
Yol qəzasında, həmçinin 26 nəfər yaralanıb.

Təşkilat rəsmisi yol qəzasında həlak olan və yaralananların Əfqanıstan vətəndaşları olduğunu deyib./trend

 

Xəbər xətti