Xurma yığmaq istəyən qadın yıxılıb öldü

17:55 - 13 Noyabr 2019 - HADİSƏ

Gəncədə qadın ehtiyatsızlıq nəticəsində ölüb. 

Hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birinin həyətində baş verib. Orada yaşayan 1957-ci il təvəllüdlü Musayeva Güldəstə Kərəm qızı xurma ağacında məhsul yığarkən hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti