Ağcabədidə keçmiş məhkumdan tapança götürülüb

13:28 - 13 Noyabr 2019 - HADİSƏ

Ağcabədi rayonunda keçmiş məhkumda tapança aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan “TK-Korovin” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti