İki qadın sürücü yol vermək üstündə dava etdilər - VİDEO

20:33 - 12 Noyabr 2019 - HADİSƏ

İstanbulda iki qadının yol vermək üstündə düşən davası polis şöbəsində sona çatıb. Ucnoqta.az xəbər verir ki, insident bu gün saat 18.00 radələrində Çəkməköy rayonunun Memar Sinan küçəsində qeydə alınıb.

Məlumata görə, A.E. park vəziyyətində olan avtomobilini işə salaraq geriyə çıxmaq istəyib. Lakin, maşını ilə işıqforun qırmızı işığında gözləyən B.B. ona yol verməyib.

Bildirilir ki, bundan sonra ikili arasında sözlü mübahisə yaşanıb. Daha sonra B.B., avtomobilindən enərək A.E.-nin maşınına təpik ataraq ona hücum edib.

Hadisənin ardından döyüldüyünü iddia edən A.E., polis şöbəsinə gələrək şikayətçi olub.

Şikayətçinin ifadəsi alındıqdan sonra, polis əməkdaşları B.B.-nin idarə etdiyi avtomobilin nömrəsini müəyyən edərək onu şöbəyə dəvət ediblər.

Hər iki qadın sürücü polis şöbəsində biri-birlərindən şikayətçi olduqlarını söyləyiblər.

Asayiş keşikçiləri ərazidə olan təhlükəsizlik kamerasını araşdırmağa götürüblər.

 

Namiq Musayev

 

 

Xəbər xətti