Ana səhifə
18 Noyabr 2018

Türkiyə İraq və Suriyaya müdaxilə edəcək

Türkiyənin Böyük Millət Məclisi Ankarının İraq və Suriyaya hərbi müdaxiləsinə yaşıl işıq yandıran qərarı qəbul edib.

Məlumatlara görə, Türkiyə parlamenti İŞİD silahlılarına qarşı hərbi hərəkət barədə bu qərarı cihadçıların Suriya ilə sərhəddəki kürd şəhəri Kobaninin ətrafındakı mühasirəni daraltdığı bir vaxtda qəbul edib.

Xəbər verilir ki, Kobani əhalisindən qadınlar, qocalar və uşaqlar Türkiyə ərazisinə sığınsalar da, əli silah tutan kürdlər İŞİD-ə qarşı səngərləniblər.

Kürd döyüşçülər bildiriblər ki, İŞİD yaraqlıları onlardan daha güclü və daha mükəmməl silahlanıblar.

Mətbuat yazır ki, Türkiyə parlamentindən 298 leyhinə və 98 əleyhinə nisbətində keçən bu qərar ölkə hərbiyyəsinin İraq və Suriyaya müdaxiləsinə, habelə ölkə ərazisinin NATO müttəfiqləri tərəfindən İD-ə qarşı əməliyyatlarda istifadəsinə yol açsa da müdafiə naziri İsmet Yılmaz müdaxilənin dərhal başlanmayacağını bildirib.

Prezident Erdoğan isə Ankarının beynəlxalq koalisyanı “müəyyən şərtlər daxilində tam dəstəkləyəcəyini” bildirib.

O deyib ki, İŞİD-ə qarşı yalnız hava zərbələri problemin həlli deyil.

Tarix
3 Oktyabr 2014 [10:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin