"Alibaba" bir gündə satışdan 38,4 milyard dollar qazanıb

12:34 - 12 Noyabr 2019 - DÜNYA

"Alibaba" şirkəti noyabrın 11-də, Çində Subaylar Günü və ya kütləvi satış günü kimi bilinən gündə 38,4 milyard dollar dəyərində mal sataraq yeni rekord müəyyənləşdirib.

Bu barədə "South China Morning Post" məlumat yayıb.

Qeyd olunur ki, yekun rəqəmlər "Alibaba"nın keçən ilin eyni günündə satışdan əldə edə bildiyi məbləğdən 26% çoxdur. Nəşrin bildirdiyinə görə, ilk 68 saniyədə şirkət 1 milyard dollar dəyərində mal satıb.

Çində subaylar günü rəmzi olaraq 11-ci ayın 11-ci günündə qeyd olunur: bu bayramda onlayn mağazalar müştəriləri üçün genişmiqyaslı satışlar təşkil edirlər. 2009-cu ildə "Alibaba" 24 saat ərzində şirkətin bütün onlayn ticarət platformalarında qiymətlərin xeyli aşağı düşdüyü aksiya elan edib.

Rəsmi məlumatlara görə, 2017-ci il noyabrın 11-də "Alibaba" platformalarında gündəlik satış 25,3 milyard dollar təşkil edib./report

 

Xəbər xətti