Dünya cüdosunun əfsanələrindən biri Bakıya gəlib

Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib. Məşhur idmançı "Yenilməzlər" adlı Beynəlxalq Qala Təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

Məlumata görə, "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatında Oleq Kretsulun da çıxışı olacaq.

Qeyd edək ki, Oleq Vasilievich Kretsul peşəkar idman sahəsində tanınmış, böyük nüfuza malik paralimpiyaçı cüdoçulardan biridir.
O, 21 fevral 1975-ci ildə Kişinyov şəhərində anadan olub. 10 yaşında ikən cüdo ilə məşgul olmağa başlayıb.

Gəncliyində Beynəlxalq və Ümumittifaq Cüdo və Sambo Turnirlərinin dəfələrlə qalibi olmuşdur. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanıb, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirib.1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.

1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edir, özü isə aldıgı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir.

Bir müddət sonra yenidən cüdoya qayıdır, amma bu dəfə paralimpiyaçı kimi.

Paralimpiya hərəkatına qoşulduqdan sonra Oleg Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, 2008 Pekin Yay Paralimpiya Oyunlarının qalibidir, dörd qat dünya və üç qat Avropa çempionudur,əməkdar idman ustasıdır.

2006-cı ildə “Vətənə xidmətə görə” II dərəcəli ordenlə, 2009-cu ildə isə “Dostluq Ordeni” ilə təltif olunmuşdur./trend

 

Tarix
12 Noyabr 2019 [10:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-12 10:36:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin