Bakıda taksidən düşən 2 nəfəri avtomobil vurub

00:39 - 12 Noyabr 2019 - HADİSƏ

Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində qeydə alınıb. 1989-cu il təvəllüdlü Hüseynov Elxan Əmirxan oğlu və 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu taksidən düşən zaman arxadan gələn minik avtomobili onları vurub. Yaralılar xəstəxanaya çatdırılıb.  Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti