Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alanlar var

14:43 - 11 Noyabr 2019 - HADİSƏ

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Rayon sakini N.Nuriyev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Həqiqət Səfərova hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdirilib. Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.   

Xəbər xətti