Lavrov İrəvanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib

13:20 - 11 Noyabr 2019 - DÜNYA

Ermənistanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri SergeyLavrovun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda Sisernakabert memorial kompleksində qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib, əbədi məşəl önünə əklil qoyub. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya XİN başçısı və nümayəndə heyətinin üzvləri daha sonra Xatirə Xiyabanından keçib, küknar ağaclarını suvarıb. Qeyd edək ki, S. Lavrovun Ermənistana rəsmi səfəri noyabrın 10-da başlayıb.

Xəbər xətti