Sabirabadda bir ailənin 4 üzvünü avtomobil vurub

13:12 - 11 Noyabr 2019 - HADİSƏ

Sabirabadda bir ailənin 4 üzvünü avtomobil vurub. Hadisə rayonun Suqovuşan kəndində baş verib. Belə ki, Suqovuşan kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Tərviz Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2106" markalı avtomobillə yol kənarı ilə gedən bir ailənin 4 üzvünü vurub. Qəza nəticəsində Suqovuşan kənd sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərov Kənan Əli oğlu, onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Ələkbərova Aygül Bəxtiyar qızı, övladları - 2013-cü il təvəllüdlü Ələkbərli Zeynal Kənan oğlu və 2012-ci il təvəllüdlü Ələkbərli Əli Kənan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, K.Ələkbərovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /qafqazinfo

Xəbər xətti