Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO

11:15 - 11 Noyabr 2019 - HADİSƏ

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb./Apa


Xəbər xətti