Bakıda məşhur aparıcı bıçaqlandı

10:05 - 11 Noyabr 2019 - HADİSƏ

Bakının Pirallahı rayonunda restoranların birində bıçaqlanma hadisəsi baş verib.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç və 1988-ci il təvəllüdlü Rafael Hüseynov tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo əməliyyat olunub və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb. Həkimlərin sözlərinə görə, Bernardonun vəziyyəti qənaətbəxşdir.

R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir./Apa


Xəbər xətti