Ziya Bünyadov prospektində avtomobil piyadanı vurub

21:33 - 10 Noyabr 2019 - HADİSƏ

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 1960-cı il təvəllüdlü Allahyarov Nizami İbrahim oğlu prospektin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./Apa

Xəbər xətti