Avtomobil partladıldı: azı 7 ölü, 13 yaralı

20:32 - 10 Noyabr 2019 - HADİSƏ

Suriyanın Rakka əyalətində partlayış baş verib. Ucnoqta.az xəbər verir ki, insident əyalətin şimalında yerləşən Suluk yaşayış məntəqəsində qeydə alınıb.

Bildirilir ki, terrorçuların minalanmış avtomobili partlatması nəticəsində azı 7 nəfər ölüb, daha 13 nəfər isə xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Suluk Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır. Onlar regionda təhlükəsizlik zona yaratmaq və məcburi köçkünlərin geri qayıtması üçün hərbi əməliyyatlar aparır.

 

Namiq Musayev

Xəbər xətti