Bakıda yataqxanada yanğın olub

09:24 - 10 Noyabr 2019 - HADİSƏ

Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m² sahədə və dəhlizinin tavanı 4 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti