Rusiyada yük maşını ilə sərnişin mikroavtobusu toqquşub: ölən və yaralananlar var

09:03 - 10 Noyabr 2019 - HADİSƏ

Rusiyanın Krasnoyarsk diyarının Novoselovski rayonunda “KamAZ” markalı yük maşını ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə regional Yol Polis İdarəsi  məlumat yayıb.
Qeyd edilib ki, mikroavtobusda 15 nəfər olub.

Xəsarət alanlar Novoselovski xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb edilib.

Polis hadisənin başvermə səbəblərini araşdırır.

Xəbər xətti