Kürdəmirdə 55 yaşlı qadın nərdivandan yıxılıb xəstəxanalıq oldu

22:37 - 9 Noyabr 2019 - HADİSƏ

Kürdəmirdə yaşlı qadın nərdivandan yıxılıb.

Hadisə Atakişili kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Rəsulova Əfsanə Tacəddin qızı nərdivana çıxaraq evinin dam örtüyünü təmizləyərkən yıxılıb və ağır xəsarət alıb. Ə.Rəsulova yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər Ə.Rəsulovanın vəziyyətini ağır olduğunu bildiriblər. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır./qafqazinfo

Xəbər xətti