Turistlərin olduğu avtobus aşdı: 32 nəfər xəsarət alıb

20:15 - 9 Noyabr 2019 - HADİSƏ

Almaniyada turist avtobusunun qəzaya uğraması nəticəsindən 32 nəfər xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident bu gün səhər saatlarında Hamburq yaxınlarında qeydə alınıb.

Məlumata görə, Polşadan səyahətdən qayıdan almaniyalı turistlərin olduğu avtobus sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Bildirilir ki, avtobusda 48 sərnişin olub. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Xəbər xətti