Cəlilabad xəstəxanasında doğuş zamanı körpə ölüb

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü baş verib.

Körpə ölümü günorta saatlarında qeydə alınıb. Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova dünən gecə saat 4 radələrində doğuş vəziyyəti ilə bağlı olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Doğum şöbəsinə yerləşdirilən hamilə qadının həyat yoldaşı Elnur İbrahimlinin dediklərinə görə, A.Kərimovanın doğuş sancılarının başlaması üçün müəyyən prosedurlar görülüb və təbii doğuşa hazırlıq aparılıb. Günorta saat 2 radələrində isə qeysəriyyə əməliyyatı edilməsinə qərar verilsə də, sonradan hamilə qadın yenidən təbii doğuş otağına köçürülüb. Təxminən 1 saatdan sonra isə uşağın ölməsi ilə bağlı məlumat verilib.

Ölən körpənin valideyni bədbəxt hadisənin baş verməsində, o cümlədən əməliyyata çox gec başlanıldığına görə xəstəxananın həkimlərini günahlandırıb. Xəstəxanadan isə ilkin məlumat olaraq öyrəndik ki, cift böyük ölçüdə olduğundan körpə ölü doğulub.
Körpənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Cəlilabad şəhər şöbəsinə təhvil verilib.

E.İbrahimli hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı artıq araşdırmalara başlanılıb./Apa

Tarix
8 Noyabr 2019 [21:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-08 21:31:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin