Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı Bakıda tədbirlər keçiriləcək

Almaniyanın Azərbaycandakı səfirliyi Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı Bakıda silsilə tədbirlər keçirəcək. 

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Çexiya səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "1989 – 30 years of freedom" mövzusunda noyabrın 11-i saat 17:00-da Kapellhausda, noyabrın 13-də saat 15:30-da ADA Universitetində və noyabrın 22-də yenidən Kapellhausda elmi mühazirələr təşkil ediləcək.

Qeyd edək ki, bu il Almaniya Berlin divarının sökülməsinin 30 illiyini qeyd edir. Berlin divarı 1961-ci ildə Şərqi Almaniyanın kommunist rejimi tərəfindən almanların Qərbi Almaniyaya keçməsinin qarşısını almaq məqsədilə inşa olunub. SSRİ-nin başçılıq etdiyi sosialist düşərgəsinin süquta uğraması nəticəsində 1989-cu ildə Berlin divarı sökülüb və Almaniyanın birləşməsi prosesi həyata keçirilib.

Tarix
8 Noyabr 2019 [18:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-08 18:31:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin