Ağcabədi sakinindən narkotik və tapança götürülüb

13:40 - 8 Noyabr 2019 - HADİSƏ

Ağcabədi sakinindən narkotik və tapança aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini D.Salmanovun evindən 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə “Makarov” markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti