Məhşur modeli it zənciri ilə bağladılar: evdən 30 min dollar dəyərində… - FOTO

13:21 - 8 Noyabr 2019 - HADİSƏ

 

Məhşur amerikalı model Lauryn Elaine qarətçilərin hədəfi olub. Ucnoqta.az xəbər verir ki, Los-Anceles şəhərinin Şimali Hollivud bölgəsində yaşayan Playboy modeli, ötən gün gecə evinə qayıtdığında həyatının şokunu yaşayıb.

Belə ki, evinə daxil olan model üzləri maskalı üç qarətçi ilə üz-üzə gəlib. Qaçmağa fürsət tapa bilməyən Elaine soyğunçular tərəfindən yaxalanıb. 36 yaşlı modeli it zənciri ilə şkafa bağlayan cinayətkarlar, evdən 30 min dollar dəyərində pul və dəyərli əşyalar götürərək qaçıblar.

Qarətçilərin evdən çıxması ilə özünü zəncirlərdən xilas edən Elaine, polisə məlumat verib.

Hadisə yerinə gələn polis, cinayətkarların şüşəli qapıdan içəri girdiklərini müəyyən edib. 

İndi polis maskalı üç soyğunçunu axtarır.

 

Namiq Musayev

 

Xəbər xətti