Elçin Quliyev və Xanlar Vəliyev Ermənistanla sərhədə gediblər - Foto

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev və Baş prokurorun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurum­larının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş mən­təqələ­rində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədi İlə görü­lən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmlən­diril­məsi, hü­quqi maarifləndirmənin gücləndirilməsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.

Tarix
8 Noyabr 2019 [10:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-08 10:12:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin