Taksi sürücüsü əcnəbi vətəndaşdan 650 dollar gediş haqqı aldı

14:48 - 7 Noyabr 2019 - HADİSƏ

Rusiyanın Moskva şəhərində xarici vətəndaşa qarşı dələduzluq edən taksi sürücüsünə qarşı cinayət işi açılıb. Ucnoqta.az yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, paytaxtda əcnəbi vətəndaş “Ekspoçenter”in binasının qarşısından taksi xidməti göstərən “Hyundai” markalı avtomobilə minərək sürücüdən onu Krasnopresnenskaya sahilinə aparmasını istəyib. Sürücü ünvana gətirdiyi əcnəbi sərnişindən gediş haqqı üçün 41 min rubl (650 dollar) alıb. Bundan sonra sərnişin polis şöbəsinə gedərək şikayətlə müraciət edib.  

Bildirilir ki, marşrutun son nöqtəsi şəhərin daxilində olub.

Bu barədə Moskvanın DİN mətbuat xidməti faktı təsdiqləyib. Lakin zərərçəkmiş əcnəbinin şəxsiyyəti barədə məlumat verilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.

 

Namiq Musayev

Xəbər xətti