Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi

13:56 - 7 Noyabr 2019 - HADİSƏ

Dünən gecə Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər.

Bu barədə Oxu.Az-a Xəstəxananın baş həkimi Bəyalı Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb:
“Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb.
Mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik. Gecə xəstənin anası və daha dörd kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər. Kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar.
Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər həmin insanları sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub”.

Xəbər xətti