Ən çox yerli avtomobil alan bölgələrin SİYAHI

13:41 - 7 Noyabr 2019 - AVTO

Bu ilin 9 ayı ərzində Rusiyada 258,7 min yerli istehsal olan minik avtomobil modelləri satılıb. Ucnoqta.az xəbər verir ki, bu ötən ilin oxşar dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Bildirilir ki, ən çox yerli maşın Samara əyalətinin sakinləri tərəfindən alınıb. Onlar ümumilikdə 15,5 min ədəd avtomobil əldə ediblər. Siyahının ikinci və üçüncü yerlərində isə Tatarıstan (14,6 min əd.) və Başqırdıstan (13,4 min əd.) qərarlaşıb.

Həmçinin top-10-luğa, Moskva əyaləti (10,2 min əd.), Sverdlovsk əyaləti (9,2 min əd.), Perm bölgəsi (8.5 min əd.) Çelyabinsk əyaləti (8.3 min əd.) Krasnodar bölgəsi (7.7 min əd.), Sankt-Peterburq (7,6 min əd.) və Moskva (7,6 min əd.) daxil olub.

 

 

Namiq Musayev

Xəbər xətti