Sabunçuda qaz xəttinə çırpılan avtomobil yandı- Foto

12:03 - 7 Noyabr 2019 - HADİSƏ

Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb

"Azəriqaz" İB-dən Ucnoqta.az-a verilən məlumata görə, gecə saat bir radələrində Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb. Nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub.

Hadisə yerindən çəkilən fotoları məlumata əlavə edirik.


Xəbər xətti