İçərisində 10 min manat olan seyfi oğurlayan keçmiş məhkum saxlanılıb

11:46 - 7 Noyabr 2019 - HADİSƏ

Bakıda evdən içərisində 10 min manat olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, belə ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti