Azərbaycanda sirkə turşusu içən kişi öldü

11:28 - 7 Noyabr 2019 - HADİSƏ

Zaqatalada sirkə turşusu içən 66 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Rayonun Qandax kənd sakini Cəhyəddin Mövlüd oğlu Şahmalıyev noyabrın 5-də axşam saatlarında yaşadığı ünvanda bilməyərəkdən bir stəkan sirkə turşusı içib. C.Şahmalıyev yaxınlarının köməkliyi ilə noyabrın 5-dən 6-a keçən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsində müalicə alan C.Şahmalıyev noyabrın 6-dan 7-ə keçən gecə ölüb.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır./Apa

Xəbər xətti