F-16 qırıcı təyyarəsi təlim zamanı raketlərindən birini düşürüb

10:22 - 7 Noyabr 2019 - HADİSƏ

ABŞ-ın Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı raketlərindən birini düşürüb. Ucnoqta.az xəbər verir ki, insident Yaponiyanın Aomori prefekturasında qeydə alınıb.

Bildirilir ki, hadisə təlimin keçirilməli olduğu ərazidən kənarda baş verib.

Mərminin düşdüyü yerdə yaralıların və dağıntıların olub-olmaması barədə məlumat daxil olmayıb. Amerika hərbçiləri raketin axtarışlarına başlayıblar.

Yaponiyanın müdafiə naziri ABŞ-dan bu məslə ilə bağlı bütün məlumatları qısa müddət ərzində təqdim etmələrini tələb edib.

Qeyd edək ki, bu ABŞ-ın hərbi əməliyyatları ilə bağlı ilk hadisə deyil. Belə ki, 2018-ci ilin fevralın 20-də Aomori prefekturasının Misava aviabazasından havaya qalxan F-16 təyyarəsinin mühərriki yanmışdı. Onda pilot iki dolu yanacaq çənini Oqavara gölünə atmışdı.

 

Namiq Musayev

Xəbər xətti