Ana səhifə
15 Noyabr 2018

Sevil Əliyevanın doğum günüdür- FOTOLAR

Bu gün “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusu Sevil Əliyevanın doğum günüdür.

 

 

Mərhum prezident Heydər Əliyevin qızı olan Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub.

 

1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb.

 

1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib, bundan sonra Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub.

 

Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

 

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.

 

Hazırda Londonda yaşayır. Ailəlidir, 3 övladı var.

 

Tarix
12 Oktyabr 2014 [16:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin