Tramp: "Demokratlar qələbə qazansa, ..."

ABŞ prezidenti Donald Tramp demokratları "totalitarlıqda" ittiham edib və 2020-ci ildə keçiriləcək prezident seçkilərində onların qələbə qazanacağı təqdirdə iqtisadi depressiyanın olacağını əvvəlcədən xəbər verib. Bu barədə "Report" RİA "Novosti"yə istinsadən xəbər verir. "Amerikanı transformasiya etmək cəhdində demokratlar daha da totalitar olurlar: narazıları boğurlar, günahsızlara şər atırlar, hüquq standartlarını məhv edirlər, açıq məhkəmə prosesləri qururlar və Amerika demokratiyasını devirməyə çalışırlar. Sizə dəqiq deyirəm əgər demokratlar qayıtsa, onda heç vaxt görmədiyiniz depressiyaya uğrayacaqsınız", - deyə Tramp Luizianadakı mitinqdə tərəfdarları qarşısındakı çıxışında bildirib. Qeyd edək ki, Tramp 2020-ci ilin prezident seçkilərində iştirak etmək niyyətini elan edib. Respublikaçıların rəqibi olan demokratların vahid namizədi yayda müəyyən ediləcək.  ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək.
Tarix
7 Noyabr 2019 [09:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-07 09:01:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin