İş adamına qarşı süi-qəsd olundu: 1 ölü, 2 ağır yaralı – VİDEO

Ukraynanın Kiyev şəhərində iş adamına qarşı süi-qəst cəhdi olub. Ucnoqta.az xəbər verir ki, insident noyabrın 6-da saat 21.40 radələrində Svyatoşinskiy rayonunun Brest-Litov şossesində qeydə alınıb.

Məlumata görə, naməlum motosikletli, böyük dərman şirkətinin sahibi İqor Salonun olduğu “Mercedes” markalı avtomobilin damına partlayıcı qurğu qoyub.

İlkin məlumatlara görə, partlayış nəticəsində sürücü dünyasını dəyişib, biznesmen və mühafizəçisi isə ağır xəsarətlər alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Cinayətkarın yaxalanması üçün xüsusi polis qrupu yaradılıb.

 

Namiq Musayev

 

 

Tarix
7 Noyabr 2019 [08:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-07 08:25:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin