Ərdoğan Suriya ilə sərhədə gəlib

18:45 - 3 Noyabr 2019 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindəki Quru Qoşunları Komandalığının Birgə Əməliyyat Mərkəzində olub və "Sülh bulağı" əməliyyatı barədə məlumatlandırılıb.

Əməliyyat mərkəzinə gələndən sonra Ərdoğan əsgərləri salamlayıb. Ziyarət əsnasında Türkiyə liderinə "Sülh bulağı" əməliyyatının gedişi haqqında məlumat verilib.

Ərdoğanı həmçinin, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi general Yaşa Gülər, Silahlı Qüvvələrin komandirləri, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Mahir Yunal, partiyanın rəsmisi Ömər Çelik və başqaları müşahidə ediblər./trend

Xəbər xətti