Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.
Qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib - 3:1. Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub. /report
Tarix
2 Noyabr 2019 [15:52]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin