Goranboyda icra nümayəndəsi həmkəndlisini döydü

00:16 - 2 Noyabr 2019 - HADİSƏ

Goranboyda icra nümayəndəsi həmkəndlisini döyüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Həmənli kəndində baş verib. Belə ki, Goranboy rayon Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Abbasov Hüseynalı həmkəndlisi, 1969-cu il təvəllüdlü Verdiyev Mahir Nuru oğlunu su üstündə döyüb.

Faktla bağlı rayon polis şöbəsinə araşdırma aparılır.

Xəbər xətti