Ana səhifə
24 Sentyabr 2018

Dövlət bu rüsumu ləğv edə bilər

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif olunur.

 

 

Ucnoqta.az xəbər verir ki, Milli Məclisdən Trend-ə bildiriblər ki, “Dövlət rüsumu haqqında” qanun layihəsində müvafiq dəyişiklik Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

 

Bununla da Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsinin ləğvi təklif olunur.

 

Bundan başqa, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə dövlət rüsumunun ləğv edilməsi də təklif olunur.

Tarix
12 Oktyabr 2014 [11:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin