Tovuzda ağır qəza - xəsarət alanlar var- Fotolar

12:35 - 1 Noyabr 2019 - HADİSƏ

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəi baş verib. 

 Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “VAZ 21 06”, “VAZ 21 07” və “TIR” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlar Alakol kənd sakinləri - 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, 1984-cü il təvəllüdlü Rüstəmova Sevinc İlqar qızı, 1957 - ci il təvəllüdlü Tağıyeva Şamama Kərəm qızı, 1959 - cu il təvəllüdlü Rzayeva Yelena Məcid qızı, 7 yaşlı Rüstəmova Aylin Adil qızıdır. Yaralılardan azyaşlının vəziyyyəti orta ağır digərlərinki isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo


Xəbər xətti