Bakıda körpüdə qəza törədən naməlum sürücü hadisə yerindən qaçıb

10:25 - 1 Noyabr 2019 - HADİSƏ

Bakıda naməlum avtomobilin sürücüsü qəza törədərək hadisə yerindən qaçıb.

Hadisə oktyabrın 28-də gecə saatlarında paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Çerment körpüsü"nün üzərində baş verib.
Belə ki, naməlum avtomobil paytaxt sakini, 1983-cü il təvəllüdlü A.Hümbətovun idarə etdiyi “Mercedes” maraklı minik avtomobilini vuraraq hadisə yerindən qaçıb.
Qəza nəticəsində yaralanan A.Hümbətov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində tətqiqat araşdırmaları aparılır./report

 

Xəbər xətti