Pakistanda sərnişin qatarında güclü yanğın- ölən və yaralananlar var

08:40 - 31 Oktyabr 2019 - DÜNYA

Pakistanda sərnişin qatarında güclü yanğın olub. "Report" xəbər verir ki, bu barədə "Geo TV" Pakistanın dəmir yolu şirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə zamanı azı 10nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.  Şirkət nümayəndəsinin sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. O, bildirib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub. Güclü alov qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş. 

Xəbər xətti