Buffon “Yuventus”la müqaviləni uzatmaq istəyir

18:02 - 29 Oktyabr 2019 - İDMAN

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon mövsümün sonunda karyerasını başa vurmayacaq.

APA-nın məlumatına görə, 41 yaşlı futbolçu Turin təmsilçisi ilə müqaviləni daha bir il müddətinə uzatmaq niyyətindədir.
Klub rəhbərliyi də qapıçı ilə anlaşma üçün hazırdır.

Qeyd edək ki, C.Buffon “Yuventus”a bu ilin yayında qayıdıb. O, ötən mövsümü Fransanın PSJ klubunda keçirib.

Xəbər xətti