Alimlər "Homo sapiens"in harada yarandığı müəyyənləşdiriblər

Sidneydəki Qarvan Tibbi Tədqiqatlar İnstitutunun əməkdaşları müasir insanın ilk əcdadlarının – "Homo sapiens"in nə vaxt və harada yarandığını müəyyənləşdiriblər.

“Report” “Nature”yə istinadən xəbər verir ki, alimlərin qənaətincə, "Homo sapiens" 200 min il bundan əvvəl Afrikanın cənubunda əmələ gələrək, təqribən, 130 min il sonra, yəni 70 min il bundan əvvəl dünyanın başqa bölgələrinə yayılmağa başlayıb.

Belə ki, Afrikanın cənubundakı bir sıra ölkələrin sakinlərinin mitoxonddria genomlarını tədqiq edən alimlər nəticədə müasir insanın məlum olan ən erkən populasiyası olan L0 haploqrupunun kataloqunu tərtib ediblər. Araşdırmalar zamanı "Homo sapiens" ana soy xəttinin Zambezi çayı hövzəsindən cənubda, yəni müasir Zimbabve, Botsvana, Namibiya respublikalarının yerləşdiyi bölgədə yarandığı, daha sonra iqlim dəyişikliyi üzündən göllər quruduğuna görə başqa bölgələrə köç etməyə başladığı məlum olub.

Tarix
29 Oktyabr 2019 [17:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-29 17:31:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin