Ana səhifə
16 Oktyabr 2018

Xəbər saytlarının dilinin monitorinqinə başlandı - Azərbaycanda

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlayıb.

 

 

Ucnoqta.az bildirir ki, bunu Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, monitorinqə 15 xəbər saytı cəlb edilib. Monitorinqin nəticələrini fevralın sonu - martın I ongünlüyündə açıqlamaq nəzərdə tutulur. Sonrakı mərhələdə monitorinqlər digər təyinatlı saytlar üzərində davam etdiriləcək.

Q.Məhərrəmli bildirib ki, hazırda Bakı şəhərinin Nəsimi, Səbail və Nərimanov rayonlarında küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinqlər aparılır. Artıq Nəsimi rayonunda bu işlər sona çatdırılıb. Növbəti monitorinqlər Quba rayonunda aparılacaq.

Tarix
7 Yanvar 2015 [17:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin