Ana səhifə
19 Noyabr 2018

Nazirlər Kabineti yollarla bağlı qaydanı təsdiqlədi

Nazirlər Kabineti “Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası”nı təsdiq edib. 
 

 

 

Ucnoqta.az-ın məlumatına görə, Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci maddəsinə əsasən hazırlanıb və avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiqaydalarını müəyyən edir.

Qaydaya əsasən ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol verilir. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğular ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir.

Qaydalarda qeyd edilir ki, ehtiyat zonalarında kommunikasiyalar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtilə yerləşdirilir. Ehtiyat zonalarında yeni kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.

Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiərazi planlaşdırılmasına uyğun olmadıqda, razılaşdırmadanimtina edilir.

Razılaşdırmadan imtina edildikdə, ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

 

Tarix
12 Oktyabr 2014 [10:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin