Azərbaycanlı aktrisa Eldar Qasımovu İTTİHAM ETDİ: “Bir dəfə də mənə təşəkkür etməyib” - FOTO

23:10 - 27 Oktyabr 2019 - MAQAZİN

Tanınmış aktrisa Rəna Səlimova müğənni Eldar Qasımovu vəfasızlığda ittiham edib.

Aktrisa gileyini belə bildirib: “Eldar Qasımov hələ uşağ idi, anası ilə bizə gələrkən mən onları qonşuluqda bir musiqiçi ilə tanış etdim. O Eldarın səsini yoxlayıb bəyənmişdi, gələcəkdə onun tanınmış bir müğənni olacağını bildirmişdi. Eldardan çox anası onun müğənni olmağını istəyirdi. Həqiqətən də illər keçdi, Eldar tanınmış bir müğənni oldu. Bir dəfə də olsun məni itirib- axtarmayıb, mənə təşəkkür etməyib. Halbuki ona mən çox böyük köməklik etmişəm” deyə aktrisa bildirib.

Qeyd edək ki, Rəna Səlimova “Sən niyə susursan?” adlı filmdə baş rolda çəkilib./buta.ws

Xəbər xətti